Lent.az-ın məlumatına görə, “Futbol Bakcell ilə” layihəsi AFFA-nın inşa etdiyi süni meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkili, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, eyni zamanda bu idman növünün təbliğatının gücləndirilməsi məqsədini daşıyır.
Layihə çərçivəsində 2 yaş qrupu üzrə 8-10, 10-12 yaşlı uşaqlar həftədə iki dəfə pulsuz məşq keçmək imkanı əldə edəcəklər. Bütün məşq ləvazimatları da AFFA tərəfindən təmin olunacaq.
“Futbol Bakcell ilə” layihəsinə AFFA tərəfindən Nizami rayon, Rüstəm Rüstəmov küçəsi 56-58 ünvanında inşa olunan süni meydançada start verilib. Əvvəlcə AFFA prezidenti Rövnəq Abdullayev meydançanın qırmızı lentini kəsib. Azərbaycan Milli komandasının Berti Foqts və dünya şöhrətli veteran futbolçu Duayt Yorkun topa ilk toxunuşundan sonra Bəhmən Həsənovun rəhbərliyi ilə meydançada müxtəlif yaşlı uşaqların məşqi başlayıb.