AFFA ənənəvi tədbirdən niyə imtina etdi?
06 dekabr 2014 12:16 (UTC +04:00)

AFFA ənənəvi tədbirdən niyə imtina etdi?

0

Son illər dekabr ayında ilin yekunları ilə bağlı tədbir keçirən və milli komandanın futbolçularını mükafatlandıran AFFA bu ənənəni davam etdirməyəcək. Apasport.az saytının məlumatına görə, federasiya bu il tədbir keçirmək fikrində deyil.

 

Aldığımız informasiyaya görə, klublara bununla bağlı sorğu göndərilməyib. Bu xəbəri əməkdaşımızla söhbətində AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu da təsdiqləyib. O, səbəbi belə izah edib: “Bəli, bu dəfə planda tədbir keçirmək yoxdu. Bunun da səbəbi milli komandamızın 2014-cü ili zəif keçirməsidi”.

 

Qeyd edək ki, ilin ən yaxşıları klubların baş məşqçi və kapitanları, eyni zamanda İcraiyyə Komitəsinin bir üzvü, milli komandanın baş məşqçisi və texniki direktoru arasında keçirilən sorğu ilə müəyyənləşdirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar