AFFA Azərbaycan yığmasının futbolçusunu əməliyyat etdirdi
08 aprel 2013 12:54 (UTC +04:00)

AFFA Azərbaycan yığmasının futbolçusunu əməliyyat etdirdi

 

Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığma komandasının və “Sumqayıt” klubunun futbolçusu Orxan Əliyev əməliyyat olunub. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 18 yaşlı hücumçu ön bağ yaralanması diaqnozu ilə Almaniyada cərrah bıçağı altına uzanıb.

 

Təxminən 10 gündən sonra klinikada Əliyevin zədəsinin bərpasına başlanacaq. Tam müalicə kursu 6 ay davam edəcək.

 

Qeyd edək ki, bütün müalicə xərclərini AFFA ödəyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839
avatar

Oxşar yazılar