AFFA “Zubkov işi”nə xitam verdi - EKSKLÜZİV
13 mart 2013 14:49 (UTC +04:00)

AFFA “Zubkov işi”nə xitam verdi - EKSKLÜZİV

Tovuzun “Turan” klubunun AZAL-la keçirdiyi futbol üzrə Topaz Premyer Liqasının XVII tur matçından sonra futbolçu Ruslan Zubkovla bağlı AFFA-nın başladığı araşdırmalara xitam verilib. Bu haqda Lent.az-a UEFA-nın oyun alqı-satqısı və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün Azərbaycanda təyin etdiyi nümayəndə, AFFA-nın hüquqşünası Rəmiş Malıyev bildirib.

 

 “Daha öncə “Turan”ın vitse-prezidenti Namiq Məstanov və baş məşqçi Əfqan Talıbovun izahatlarını almışdıq. Sonra isə Zubkovla da danışdıq, yazılı izahatını aldıq. O, məsələnin özü tərəfindən ortaya atılmasını qəbul etmədi. Zubkov bu hadisənin olmasını boynuna almadı. Ona görə də məsələyə xitam verildi. Yəni, fakt öz təsdiqini tapmadı”.

 

Malıyevin sözlərinə görə, danışılmış oyun faktını inzibati yollarla sübuta yetirmək səlahiyyətləri yoxdur: “Bilirsiniz, insanlar bunu edirlər. Sonra isə bir qayda olaraq, boyunlarına almırlar. Bizim də belə səlahiyyətimiz yoxdur ki, əməliyyat-axtarış həyata keçirək, danışıqların audioyazısını aparaq, onu izləyək”.


Qeyd edək ki, 2012-ci il dekabrın 15-də keçirilmiş AZAL – “Turan” matçı qolsuz tamamlanıb – 0:0. Matçdan sonra “Turan” rəsmiləri həmin vaxt Tovuz komandasında icarə əsasında çıxış etmiş Ruslan Zubkova müqavilə ilə məxsus olduğu AZAL-dan oyun satmaq təklifinin gəldiyini iddia ediblər. Onlar bildiriblər ki, Zubkov “Turan”dakı komanda yoldaşlarına belə bir təklif aldığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Oxşar yazılar