AFFA “Neftçi”ni 80 min cərimələdi
30 may 2013 19:53 (UTC +04:00)

AFFA “Neftçi”ni 80 min cərimələdi

 

AFFA İntizam Komitəsi “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında mayın 28-də keçirilmiş Azərbaycan Kubokunun final matçında baş verənləri müzakirə edib.

 

Lent.az AFFA-nın saytına istinadən qərarları təqdim edir:

 

Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).

“Neftçi” klubunun komanda rəisi Güloğlan Cabbarovun klubda tutduğu vəzifəsindən azad olduğunu nəzərə alaraq, “Neftçi” klubu 40 000 manat cərimə olunur (maddə 38.8).

“Neftçi” klubunun operatoru Dadaş Zeynalov dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanır, klub 6000 manat cərimə olunur (maddə 39.3).

Neftçi” klubunun məşqçisi Neboşa Manoloviç dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanır, klub 6000 manat cərimə olunur (maddə 39.3).

“Neftçi” klubunun 30 №-li futbolçusu Saşa Stamenkoviç qeyri-etik hərəkətə görə 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).

“Neftçi” klubunun 22 №-li futbolçusu Mahir Şükürov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 39.2).

“Neftçi” klubunun təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanır, klub 6000 manat cərimə olunur (maddə 39.3).

“Neftçi” klubunun təhlükəsizlik xidmətinin 3 üzvü: Əsgərov Elnur, Ağayev Şəhriyar və Seyidov Mirramin dava-dalaşda iştirak etdiyi üçün hər biri 12 oyunluq cəzalanır, klub 18 000 manat cərimə olunur (maddə 39.3).

“Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Elnur Allahverdiyev dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 39.2).

Xəzər Lənkəran” klubunun 21 №-li futbolçusu Rodomir Todorov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 39.2).

“Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Qeyd: bu cəzalar yalnız ölkə kubokuna şamil edilir.

21 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Xəzri” – “Odlar Yurdu” matçının 42-ci dəqiqəsində “Xəzri” klubunun 6 №-li futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

24 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Xəzər” – “Xəzri” matçının 68-ci dəqiqəsində “Xəzri” klubunun 18 №-li futbolçusu İsmayıl Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 70-ci dəqiqəsində “Xəzər” klubunun 7 №-li futbolçusu Nahid Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

24 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Şəfəq” – “Qızılağac” matçının 61-ci dəqiqəsində “Şəfəq” klubunun 95 №-li futbolçusu Elçin Abbasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

 

# 914
avatar

Oxşar yazılar

"Səbail" "Qəbələ"yə UDUZDU

"Səbail" "Qəbələ"yə UDUZDU

6 may 2024 , 21:56
Qazaxıstanlı milyarder İngiltərə  futbol klubunu   aldı

Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı

6 may 2024 , 19:47
Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24
"Barselona"nın  keçmişq baş məşqçisi   vəfat edib

"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib

6 may 2024 , 15:12
 “Bayer” “Benfika”nın  rekordunu təkrarladı

 “Bayer” “Benfika”nın rekordunu təkrarladı

6 may 2024 , 13:44
Ronaldonun 2016-cı ildən bəri  ən məhsuldar  mövsümü

Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü

6 may 2024 , 12:09
Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57