Martın 15-də AFFA-nın növbəti Konfransı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə 35 nümayəndənin hamısı iştirak edib. Əvvəlcə AFFA-nın prezidenti Rövnəq Abdullayev tədbir iştirakçılarını salamlayaraq, ötən bir il ərzində görülmüş işlərdən və əldə olunmuş uğurlardan danışıb. Ardından FİFA-nın 209 üzv ölkəyə göndərdiyi videoçarxdan 17 yaşadək qızlar arasında ötən il Azərbaycanda keçirilmiş dünya çempionatı ilə bağlı görüntülər nümayiş etdirilib.
AFFA-nın baş katibi Elxan Məmmədov hesabat xarakterli çıxışında federasiyanın müəyyənləşdirdiyi 3 sahə - infrastruktur, kütləvilik və təhsil üzrə aparılan işləri sadalayıb. O, qurumun tikdirdiyi stadionlar barədə məlumat verib. Məmmədov son 3 ildə futboldakı kütləviliyinin peşəkar futbolçuların sayına da təsirini göstərdiyini bildirib. Baş katibin sözlərinə görə, futbolla məşğul olanların peşəkarlara çevrilmə faizi hər il 76-ya çatıb. Hazırda futbol sahəsindəki 43000 nəfərdən 36000-i aktiv futbolçulardır. Azərbaycanda təşkil olunan “Pro” kateqoriyalı kurslara təkcə yerli mütəxəssislər deyil, Türkiyə və Asiya ölkələrindən də təhsil almağa gəlirlər. Məktəblərdə futbol dərslərinin tətbiqindən sonra şagirdlərin idman dərslərində iştirak faizi 92-yə çatıb. “Məktəbli Kuboku”nda mükafat qazanan məktəblər isə məhz futbol dərslərinin keçirildiyi təhsil müəssisələri olur.
AFFA-nın maliyyə hesabatı təqdim olunub. Məlum olub ki, 2012-ci ildə AFFA-nın xərcləri 18 650 820 manat, gəlirləri isə 18 711 673 manat təşkil edib. 2013-cü ildə 17 milyon 320 000 manat gəlir, 17 320 000 xərc proqnozlaşdırılır.
Sonra audit hesabatı dinlənilib. Qurumun fəaliyyəti qənaətbəxş sayılıb. Bununla da Konfrans başa çatıb. Ardından AFFA İcraiyyə Komitəsinin qapalı iclası keçirilib.

AFFA-nın gəlir və xərcləri açıqlandı
Oxşar yazılar

Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39