AFFA-dan “Qəbələ”yə cərimə “yağmur”u
16 aprel 2013 13:40 (UTC +04:00)

AFFA-dan “Qəbələ”yə cərimə “yağmur”u

AFFA İntizam Komitəsi “Qəbələ” klubunu 7 min manat cərimələyib. Lent.az-ın məlumatına görə, buna Topaz Premyer Liqasının XXVI turunda “Bakı” ilə oyun zamanı və sonra baş verənlər səbəb olub.

 

Görüş vaxtı “Qəbələ”nin 6 oyunçusu sarı vərəqə alıb. “Bakı”dan isə 4 oyunçu cəzalanıb. Bu, hər iki kluba 1000 manat cərimə bahasına başa gəlib. 1-ci və 29-cu dəqiqələrdə “Qəbələ” azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar. Buna görə əyalət klubu daha 1000 manat ziyana düşüb. Final fiti səsləndirildikdən sonra meydana azarkeş daxil olub. İntizam Komitəsi Qəbələ şəhər stadionunda təhlükəsizliyin təmin olunmadığı qənaətinə gələrək, klubu daha 5000 manat cərimələyib.

 

Zaqatala şəhər stadionunda “Simurq” və “Neftçi” arasında keçirilmiş görüşdə isə meydana kənar əşya atılıb. 90+3-cü dəqiqədə yerli fanatlar əsəblərini cilovlaya bilməyiblər. Nəticədə “Simurq” 2000 manat cərimələnib.

 

 

# 587
avatar

Oxşar yazılar