Martın 15-də AFFA-da növbəti konfrans keçiriləcək. Bu haqda Lent.az-a qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
O bildirib ki, tədbir AFFA-nın inzibati binasında baş tutacaq. Saat 11:00-da başlanacaq konfransın gündəliyində AFFA-da ötən 1 il ərzində görülmüş işlərin hesabatı və növbəti il üçün büdcənin təsdiqi yer alıb. Federasiya rəsmisi konfransda qurum rəhbərliyində istefaların baş vermə ehtimalına belə münasibət bildirib: “Bu, adi, illik konfrans olacaq”.
Nərimanoğlu martın 15-də AFFA-nın İcraiyyə Komitəsinin iclasının da nəzərdə tutulduğunu açıqlayıb.