İngiltərənin "Mançester Yunayted" futbol klubunun yarımmüdafiyəçisi Adnan Yanuzay Dortmund "Borussiya"-sına transfer olunub. Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verib.
20 yaşlı futbolçu Almaniya komandasında sezonun sonuna qədər icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, keçən sezonda Belgiyalı futbolçu "Qırmızı şeytanlar"-ın heyətində 21 oyun keçirib, cari sezonda isə "Aston Villa"-ya qarşı komandasına qələbə qazandıra bilib.