Millət vəkili Adil Əliyev yenidən Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti seçilib. Lent.az-ın məlumatına görə, bu barədə A.Əliyevin özü “Facebook” səhifəsində bildirib.
O, statusunda qeyd edib ki, fevralın 4-də AKF-in ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib. İclasa 100-dək klubdan 200-ə qədər məşqçi və idmançı qatılıb. Toplantıda A.Əliyev yenidən quruma prezident seçilib.