İngiltərənin “Çelsi” klubu ilə müqaviləsini daha bir il uzatmağa razı olan futbolçu Eşli Koul dünyanın ən ödənişli müdafiəçisinə çevrilib. Lent.az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, “zadəganlar” 32 yaşlı oyunçunun həftədə 200 min funt tələbini yerinə yetirib.
Koulla yeni anlaşma yanvarın 23-də - “Suonsi” ilə İngiltərə Liqa Kuboku matçınadək elan olunacaq.
Qeyd edək ki, “Çelsi”nin sahibi rusiyalı oliqarx Roman Abramoviçdir.