"Xəzər Lənkəran" 9 nəfərlə məğlub olmadı
23 avqust 2015 02:50 (UTC +04:00)

"Xəzər Lənkəran" 9 nəfərlə məğlub olmadı

0

Topaz Premyer Liqasında III tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq turun görüşləri 3 gün davam edib.

 

Turun açılış qarşılaşmasında ilk iki oyunda bir qələbə və bir bərabərliklə 4 xal qazanmış “Xəzər Lənkəran” öz meydanında yenidən Premyer Liqaya dönən “Rəvan”la qarşılaşıb.

 

Olduqca maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda azarekşlər futbol adına hər şey görüblər. Matçda 2 qol vurulub və 2 dəfə də futbolçulara qırmızı vərəqə göstərilib.

 

Ev sahibi "Xəzər Lənkəran" matçı azlıqda bitirməsinə baxmayaraq yekunda məğlubiyyətdən qaça bilib.

 

Topaz Premyer Liqası

III tur

 

“Xəzər Lənkəran” – “Rəvan” - 1:1

Qol: Rahid Əmirquliyev, 86 (pen.) - Ramazan Abbasov, 54

Qırmızı vərəqələr: Elşən Rzazadə, 47, Skarlatake, 90+1 ("Xəzər Lənkəran")

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar