
"Trabzonspor"u Yaponiyaya dəyişdi
Yaponiya futbol yığmasının yeni baş məşqçisi müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu posta bosniyalı mütəxəssis Vahid Halilhodziç gətirilib.
Artıq tərəflər arasında rəsmi müqavilə də imzalanıb. Razılaşmaya əsasən, Halilhodziç 2018-ci ilin yayına qədər Yaponiya millisində işləyəcək. 62 yaşlı çalışdırıcı bu postda meksikalı Xavyer Agirreni əvəzləyib. Qeyd edək ki, Agirrenin rəhbərliyi altında yaponlar Asiya Kubokunda uğursuz çıxış etmişdilər.
1990-cı ildən məşqçilik edən Halilhodziçin son iş yeri Türkiyənin “Trabzonspor” klubu olub. Təcrübəli çalışdırıcı bundan öncə isə Əlcəzair yığmasına başçılıq edib və bu komanda onun rəhbərliyi altında DÇ-2014-də 1/8 finala qədər irəliləyib.
Oxşar yazılar

“Tottenhem”in azarkeşi Keyni qoluna döymə etdirdi, lakin...
10 iyul 2025 , 09:52
Mbappe və Kriştiano “Qızıl top”a əsas namizəd haqqında eyni fikirdədirlər
9 iyul 2025 , 18:21
Karlo Ançelottinin oğlu karyerasında ilk dəfə baş məşqçi oldu
9 iyul 2025 , 17:10
Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39
Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16