"Trabzonspor" - "Fənərbaxça" oyunu başa çatmadı
10 mart 2014 23:30 (UTC +04:00)

"Trabzonspor" - "Fənərbaxça" oyunu başa çatmadı

Futbol üzrə Türkiyə çempionatının 24-cü turunun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, turnir cədvəlində ikinci yerdə gedən “Qalatasaray” böyük hesablı qələbə qazanıb. “Qalatasaray”lı oyunçular “Akhisar Belediyespor”un qapısından 6 top keçiriblər.

 

Turun əsas oyunu isə Trabzonda başlayıb. Yerli “Trabzonspor”» klubu lider “Fənərbaxça”nı qəbul edib. "Fənərbaxça" 23-cü dəqiqədə Emenikenin qolu ilə irəliyə çıxıb. Bundan sonra azarkeşlər meydana yandırıcı maddələr və məşəllər atıblar. Matçın hakimi oyuna 10 dəqiqə ara verdidən sonra matç davam etdirilib. Amma ilk yarıya əlavə edilən vaxtda azarkeşlər yenidən sahəyə kənar əşyalar atıblar. Hakim Bülən Yıldırım matçı təkrar dayandıraraq soyunma otağına gedib. Bir qədər sonra matçın yarımçıq dayandırıldığı elan edilib.

 

Türkiyə çempionatı

 

24-cü tur

 

08 mart

 

“Qalatasaray” – “Akhisar BS” - 6:1

 

“Ərciyəsspor" – “Konyaspor” - 1:0

 

“Bursaspor” – “Karabükspor” - 1:0

 

“Elazığspor” – “Kasımpaşa” - 0:0

 

09 mart

 

“Qaziantepspor” – “Kayserispor” - 2:1

 

“Gənclərbirliyi” – “Sivasspor” - 2:1

 

“Antalyaspor” – “Rizəspor" - 1:2

 

“Beşiktaş” – “Əskişəhərspor" - 1:0

 

10 mart

 

“Trabzonspor” – “Fənərbaxça” - 0:1 (yarımçıq)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426

Oxşar yazılar