ŞOK! “Barselona” baş məşqçisiz qaldı
19 dekabr 2012 17:08 (UTC +04:00)

ŞOK! “Barselona” baş məşqçisiz qaldı


İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Tito Vilanova postunu tərk edib. Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, buna 43 yaşlı mütəxəssisin səhhətinin pisləşməsi səbəb olub. Onun qulağının dibindəki tüpürcək vəzilərində şiş yenidən böyüyüb. Hələ ötən ilin noyabrında ilk dəfə əməliyyat olunmuş Vilanova yenidən cərrah bıçağı altına uzanacaq. Hazırda klub rəhbərliyi yeni baş məşqçi axtarışındadır.

Qeyd edək ki, Tito Vilanova “Barselona”ya iyulun 1-də baş məşqçi təyin olunub. O, Xosep Qvardiolanı əvəzləyib. Vilanova əvvəllər Qvardiolanın köməkçisi kimi çalışıb.
 

# 2030
avatar

Oxşar yazılar