
"Şəfa” stadionunun adı dəyişdirildi
Azərbaycanda daha bir futbol stadionunun adı dəyişdirilib.
Lent.az-ın apasport.az saytına istinadən verdiyi xəbərə görə, Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti “Şəfa” stadionu bundan sonra “İnter Arena” adını daşıyacağını açıqlayıb.
Bu addım klub rəhbərliyinin qərarı ilə atılıb. Stadionun arenaya sahib olan klubun adını daşıması daha məqsədəuyğun sayılıb. Bu üzdən artıq 2014/15 mövsümündən arena yeni adı ilə tanınacaq.
Bununla bağlı klub rəhbərliyi AFFA və PFL-i məlumatlandırıb. Beləliklə də 2001-ci ildə inşa olunan və 13 il “Şəfa” adını daşıyan stadion rəsmən “İnter Arena” olub.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu da yeni mövsümdə fərqli adla təqdim olunacaq. Bu idman qurğusu artıq “Kapital Bank Arena” adlanır.
Oxşar yazılar

"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41
Gündə yeddi min addım atmaq həyatınızı dəyişə bilər
26 iyul 2025 , 04:31
Azərbaycan paralimpiyaçıları İstanbulda 4 medal qazandılar
26 iyul 2025 , 00:14
Yay transferinə ən çox pul xərcləyən ilk 5 klub – SİYAHI
25 iyul 2025 , 19:20
"Liverpul" bu yay tranferlərə 300 milyon xərcləyib
25 iyul 2025 , 17:51
Əfsanəvi italiyalı Ərəb Əmirliklərində baş məşqçi oldu
25 iyul 2025 , 15:45