"Şaxtyor"un braziliyalı futbolçusundan dopinq tapılıb
28 iyul 2015 15:06 (UTC +04:00)

"Şaxtyor"un braziliyalı futbolçusundan dopinq tapılıb

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Türkiyənin “Fənərbaxça” klubu ilə üz-üzə gələcək “Şaxtyor”un futbolçusunda dopinq tapılıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ukrayna klubunun braziliyalı legioneri Fredin öz ölkəsində verdiyi ilkin testdə dopinq tapılıb. Bu gün onun “B” nümunəsi ictimaiyyətə açıqlanacaq. “Şaxtyor”un baş məşqçisi Luçesku bu gün oynanacaq qarşılaşmada ehtiyat üçün “sambaçı”nın xidmətinindən yararlanmayacaq.

Əgər Freddin dopinq testi müsbət çıxarsa, o, ən azı iki il futbol oynaya bilməyək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Səlcuq Elçin

Oxşar yazılar