İspaniyanın "Real Madrid" klubunun əsas oyunçularından olan Marselo zədələnib. Lent.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, braziliyalı müdafiəçi "Kral klubu"nun "San Lorenzo" ilə oyunda sıradan çıxıb. O, 3 həftə ərzində Madrid “Real”na kömək edə bilməyəcək.
Qeyd edək ki, klublararası dünya çempionatının finalında İspaniya çempionu Argentina klubunu məğlub edərək kuboka sahib olub.