"Qəbələ"nin yeni transferini siz də tanıyın
11 iyun 2016 18:33 (UTC +04:00)

"Qəbələ"nin yeni transferini siz də tanıyın

0

2016-2017-ci illər mövsümünün hazırlıqlarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, ardıcıl 3-cü dəfə UEFA Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” heyətini xorvatiyalı Filip Ozobiçlə gücləndirib. 25 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.


2006-2011-ci illərdə Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edən Ozobiç “Mladost” (Zdralovı) klubunun yetirməsidi. Xorvatiyada “Dinamo” (Zaqreb), “Zadar”, Rusiyada isə “Spartak”ın (Moskva) yeniyetmə və gənclərdən ibarət komandalarının şərəfini qoruyan yarımmüdafiəçi peşəkar karyerasına da vətənindən kənarda başlayıb. 2008-2013-cü illərdə “Spartak”ın futbolçusu olan xorvatiyalı icarə əsasında Split “Hayduk”unda (2012-2013) da çıxış edib. 2013-cü ildə “Slaven”ə keçən Filip son üç mövsümü də Xorvatiya klubunun şərəfini qoruyub. Bu komandanın heyətində 89 oyuna çıxan yarımmüdafiəçi 15 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar