"Qəbələ" və "Qarabağ" Avroliqa öncəsi ilk qələbələrini qazandı
16 avqust 2015 00:02 (UTC +04:00)

"Qəbələ" və "Qarabağ" Avroliqa öncəsi ilk qələbələrini qazandı

0

Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 qarşılaşma baş tutub.

 

UEFA Avropa Liqasının pey-off mərhələsində çıxış edən iki klubumuz  - “Qarabağ” və “Qəbələ” bu gün milli çempionatda növbəti oyunlarına çıxıblar.

 

Ötən mövsümün çempionu “Qarabağ” “Bayıl Arena”da “Rəvan”a qonaq olub. Birinci turda “Qəbələ” ilə səfərdə qollu heç-heçə edən ağdamlılar bu dəfə yenidən elitaya dönən “Rəvan” qarşısında ilk qələbəsini qazanıb.

 

Günün digər oyununda isə “Dalğa Arena”da AZAL “Qəbələ”ni qonaq edib. Roman Qriqorçukun yetirmələri isə ilk turda evdə itirdiyi xallardan sonra heyətində ciddi itkilər olan və maddi problemlər yaşayan AZAL qarşısında rahat qələbə qazanıb.

 

 

Topaz Premyer Liqası

II tur

 

“Rəvan” – “Qarabağ” - 1:2

Qol: Tural Qürbətov, 87 - Yamin Ağakərimzadə, 64 (öz qapısına), Qara Qarayev, 83

 

 

AZAL – “Qəbələ” - 0:2

Qol: Qay, 45+1, Aleksey Antonov, 76

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar