"Qəbələ" qrup mərhələsini xalsız başa vurdu
09 dekabr 2016 00:10 (UTC +04:00)

"Qəbələ" qrup mərhələsini xalsız başa vurdu

0

UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Qəbələ” də mövsümdəki son görüşünə çıxıb.

 

“Qırmızı-qaralar” səfərdə “Maynts”la qarşılaşıblar. Hər iki komandanın növbəti mərhələ şansları olmadığına görə, həm ev sahibləri, həm də qonaqlar üçün formal xarakter daşıyan oyun təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb.

 

Oyunun taleyi ilk hissədə həll olunub. Almanlar 30 və 40-cı dəqiqələrdə vurduqları qollarla qalib gəliblər.

 

Avropa Liqası

Qrup mərhələsi

VI tur, 8 dekabr

 

C qrupu

“Maynts” (Almaniya) – “Qəbələ” - 2:0

Qollar: Hek, 30, De Blasis, 40

 

Baş hakim: Simon Li Evans
Maynts. “Maynts Arena” stadionu

 

“Anderlext” – “Sent-Etyen” - 2:3

Qollar: Çipisiu, 21, Stansiu, 31 - Soderlund, 62, 67, Mon Pake, 74

 

Baş hakim: İstvan Kovaçs

 

 

1

“Sent-Etyen”

6

3

3

0

8-5

12

2

“Anderlext”

6

3

2

1

16-8

11

3

“Maynts”

6

2

3

1

8-10

9

4

“Qəbələ”

6

0

0

6

5-14

0

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar