Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək.
Lent.az-ın məlumatına görə, bu mərhələdə Azərbaycanı təmsil edən “Qarabağ” evdə, “Qəbələ” isə səfərdə qrup mərhələsinə vəsiqəni təmin etmək niyyətindədir.
“Qarabağ” səfərdə 0:1 hesabı ilə məğlub olduğu “Höteborq”u məğlub edib qruplara düşmək əzmindədir. Qurban Qurbanovun yetirmələri ən azı iki top fərqi ilə rəqibə qalib gəlməlidirlər. Köhnələn Atlar 90 dəqiqə sonunda 1-0 hesabı ilə qələbə qazansalar, oyun əlavə vaxta gedəcək. Orda bir dəyişiklik olmasa qruplara qalacaq komandanı penaltilər təyin edəcək.
Qarşılaşma Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 20:30-da çalınacaq. Oyunu rusiyalı hakimlər briqadası idarə edəcək.
“Qəbələ” isə Sloveniya səfərində olacaq. Raman Qriqarçukun yetirmələri Bakıda əldə etdikləri 3:1 hesablı qələbənin üstünlüyü ilə “Maribor”la üz-üzə gələcək. Əyalət klubumuz istənilən “heç-heçə”, və 1 top hesabı ilə məğlubiyyətə rəğmən qrup mərhələsinə adını yazdıracaq.
Qarşılaşmanın start fiti Bakı vaxtilə 22:15-də veriləcək. Oyunda macarıstanlı hakimlər fit çalacaq.