"Qarabağ" və "Neftçi"nin rəqiblərinin sayı 5-ə endi <span style="color:red;">- SİYAHI
08 avqust 2014 12:10 (UTC +04:00)

"Qarabağ" və "Neftçi"nin rəqiblərinin sayı 5-ə endi - SİYAHI

Artıq UEFA komandaları səpələnmişlər və səpələnməmişlərdən ibarət olmaqla, 6 qrupa bölüb. Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, "Qarabağ" 3-cü, "Neftçi" isə 5-ci qrupda səpələnməmişlər sırasına düşüb. 

"Qarabağ"a "Dinamo" (Zaqreb, Xorvatiya), "Tvente" (Hollandiya), PAOK (Yunanıstan), "Rapid" (Vyana, Avstriya) və "Trabzonspor" (Türkiyə) komandalarından biri rəqib olacaq. 

"Neftçi"nin rəqibləri isə bu klublardan biri olacaq: "Metallist" (Xarkov, Ukrayna), "Partizan" (Serbiya), "Sent-Etyen" (Fransa), "Riu Ave" (Portuqaliya), PSV (Hollandiya). 
 

 

 

 

Bu gün Avropa Liqasında "play-off" mərhələsinin püşkü atılacaq. Sportnet.az-ın məlumatına görə, bu mərhələdə Azərbaycanı "Qarabağ" və "Neftçi" klubları təmsil edirlər. 

Çempionlar Liqasında Avstriyanın "Zalsburq" klubuna məğlub olaraq (0:2) mübarizəni dayandıran"Qarabağ" yoluna Avropa Liqasının "play-off" mərhələsində davam edəcək. Avroliqanın III təsnifat mərhələsində Gürcüstan "Çixura"sını səfərdə məğlub edən (3:2) "Neftçi" də bu mərhələyə vəsiqə qazanıb.
 

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
 

Qeyd edək ki, "play-off" mərhələsinin oyunları 21-28 avqust tarixlərində keçiriləcək.
 

 

 


Səpələnmişlər:

Birbaşa mübarizəyə qoşulanlar:"İnter" (İtaliya), "Tottenhem" (İngiltərə), "Vilyareal" (İspaniya), "Tvente" (Hollandiya), "Metallist" (Ukrayna), PAOK (Yunanıstan), "Trabzonspor" (Türkiyə), "Borussiya" (Münhenqladbax, Almaniya), "Lokomotiv" (Rusiya), "Rapid" (Avstriya), "Sürix" (İsveçrə), "Nasional" (Portuqaliya), "Sent Etyen" (Fransa)

Çempionlar Liqasından gələnlər:"Seltik" (Şotlandiya), "Panatinaykos" (Yunanıstan), "Dnepr" (Ukrayna), "Sparta" (Praqa, Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Şerif" (Moldova), "Partizan" (Serbiya), "Feyenoord" (Hollandiya)

III təsnifat mərhələsinin qalibləri:"Lion" (Fransa), PSV (Hollandiya), "Brügge" (Belçika), "Real Sosyedad" (İspaniya), "Yanq Boys" (İsveçrə), "Hall Siti" (İngiltərə), "Torino" (İtaliya), "Rio Ave" (Portuqaliya), "Dinamo" (Moskva, Rusiya)


 

 

Səpələnməmişlər:

Birbaşa mübarizəyə qoşulanlar:"Rostov" (Rusiya), "Zvolle" (Hollandiya), "Lokeren" (Belçika), "Apollon" (Kipr), "Midtilland" (Danimarka)

Çempionlar Liqasından gələnlər:"Debretsen" (Macarıstan), "Qrasshoppers" (İsveçrə), "Aktobe" (Qazaxıstan), AEL (Kipr),"QARABAĞ" (Azərbaycan), HİK (Finlandiya)

III təsnifat mərhələsinin qalibləri:"Elfsborq" (İsveç), "Omonia" (Kipr), "Hayduk" (Split, Xorvatiya), "Krasnodar" (Rusiya), "Rijeka" (Xorvatiya), "Asteras Tripolis" (Yunanıstan), "Zarya" (Ukrayna),"NEFTÇİ" (Azərbaycan),"Astra" (Rumıniya), "Petrolul" (Rumıniya), "Karabükspor" (Türkiyə), "Dinamo" (Minsk, Belarus), "Rux" (Polşa), "Sarayeva" (Bosniya və Hersoqovina), "Şaxtyor" (Belarus), "Spartak" (Trnava, Slovakiya), RNK (Split, Xorvatiya), "Zimbru" (Moldova), "Astana" (Qazaxıstan), "Styarnan" (İslandiya)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2595
avatar

Oxşar yazılar