Bu gün Topaz Premyer Liqasında XV turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Tur liderlərin oyunu ilə başlayıb. Belə ki, turnir cədvəlinin lideri “Qarabağ” Tofiq Bəhramov adına respublika stadionunda “Neftçi”ni sınağa çəkib. 3 oyundur qələbə qazana bilməyən paytaxt təmsilçisinin son çempionla xal fərqini azaltmaq istəyi reallaşmayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Bu matçdan sonra “Sumqayıt” - “Simurq” görüşü baş tutub. Hesabda geri düşən “Gənclər şəhəri” təmsilçisi daha sonra 2 qolvuraraq, oyunun taleyini həll etməyi bacarıb – 2:1.
“Bayıl Arena”da “Xəzər Lənkəran” “Qəbələ” ilə üz-üzə gəlib. Cənub klubu 3 xalı 3 qolla əldə edib. Matç Oğuz Çətinin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun son görüşü “İnter”lə AZAL arasında keçirilib. “Bankirlər” minimal hesabla qalib gəlib – 1:0.
Qeyd edək ki, bu tur “Bakı” istirahət edəcək.
Topaz Premyer Liqası
XV tur
7 dekabr
“İnter” – AZAL - 1:0
QOL: Franka Nildo, 68
“Qarabağ” – “Neftçi” - 0:0
“Sumqayıt” – “Simurq” - 2:1
QOLLAR: Tofiq Mikayılov, 38, Məhəmməd Qurbanov, 81 - Rəşad Eyyubov, 5
“Xəzər Lənkəran” – “Qəbələ” - 3:0
QOLLAR: Qalin İvanov, 6, Ruslan Tağızadə,32-avtoqol, Ağabala Ramazanov, 51
|
N |
KLUBLAR |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
13 |
8 |
4 |
1 |
23-13 |
28 |
|
2 |
İnter |
13 |
6 |
6 |
1 |
22-4 |
24 |
|
3 |
Neftçi |
13 |
6 |
5 |
2 |
15-8 |
23 |
|
4 |
Xəzər Lənkəran |
13 |
5 |
3 |
5 |
19-16 |
18 |
|
5 |
Simurq |
14 |
5 |
2 |
7 |
19-19 |
17 |
|
6 |
Qəbələ |
13 |
3 |
5 |
5 |
15-21 |
14 |
|
7 |
Sumqayıt |
13 |
4 |
2 |
7 |
16-21 |
14 |
|
8 |
AZAL |
13 |
3 |
4 |
6 |
14-23 |
13 |
|
9 |
Bakı |
13 |
2 |
3 |
8 |
10-28 |
9 |
Bombardir: Mikel Alvaro (“İnter”) - 8