“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu həlledici matça çıxıb.
APA-nın məlumatına görə, Qurban Qurbanovun komandası səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb.
Matç “Kopenhagen”-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına “Qarabağ” növbəti mərhələyə adlayıb. Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
23 avqust
“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Santander, 45, Pavloviç, 66 - Dino, 63
İlk oyun – 0:1