
"Qarabağ" - "Zalsburq" matçının biletləri satışda
0
0
Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" və Avstriyanın "Zalsburq" komandaları arasında keçiriləcək matçın biletləri satışa çıxarılıb. Lent.az-ın Sportnet.az-a istinadən məlumata görə, artıq 1-ci sektordan 11-ə qədər olan bütün biletlər çap olunaraq təhvil verilib.
Yalnız mərkəzi arenanın kassalarında satışa çıxarılan bu biletlərin qiyməti 1 manat təşkil edir. Qalan sektorlar üçün biletlərin isə tezliklə hazır olacağı və satışa çıxarılacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ" - "Zalsburq" matçı iyulun 30-u saat 20:30-da başlanacaq.
0
0