“Qalatasaray” rəhbərliyi Çezare Prandellinin gedişindən sonra boş qalmış baş məşqçi postuna yerli mütəxəssis gətirib. Lent.az-ın məlumatına görə, “sarı-qırmızılılar” Türkiyə yığmasında Fatih Terimin köməkçilərindən olan Hamza Hamzaoğlu ilə razılığa gəliblər. Məlumat gün ərzində rəsmən təsdiqlənəcək. Onunla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilənin imzalanacağı gözlənilir.
Qeyd edək ki, 44 yaşlı Hamzaoğlu məşqçilik fəaliyyəti ərzində “Malatyaspor”, “Eyüpspor”, “Dənizlispor” və “Akhisar Bələdiyyəspor” klublarında baş məşqçilik edib.