Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Lent.az-ın məlumatına görə, ¼ finalda Türkiyə təmsilçisi “Qalatasaray”ı mübarizədən kənarlaşdırmış İspaniya “Real Madrid”inin bəxtinə “Borussiya” (Dortmund, Almaniya) çıxıb.
Digər cütlüyü isə “Bavariya” (Almaniya) və “Barselona” (İspaniya) təşkil edib. İlk görüşlər aprelin 23-də və 24-də Almaniyada, cavab görüşləri isə aprelin 30-da və mayın 1-də İspaniyada olacaq.
Qeyd edək ki, final qarşılaşması mayın 25-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda oynanılacaq.