"Qalatasaray"ın keçmiş oyunçusu Mahir Şükürovu məşqə çıxardı
26 fevral 2015 11:11 (UTC +04:00)

"Qalatasaray"ın keçmiş oyunçusu Mahir Şükürovu məşqə çıxardı

0

Milli komandamızın müdafiəçisi Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka”nın yeni baş məşqçisi Ayhan Akman komandasını ilk məşqə çıxarıb. Lent.az-ın apasport-a istinadən verdiyi məlumatına görə, təmsilçimiz “Qalatasaray”ın sabiq futbolçusunun rəhbərliyi altında hazırlıqlara start verib.

 

“Karşıyaka” növbəti turda “Orduspor”la qarşılaşacaq. Akman öncə pley-offa vəsiqə qazanmaq, daha sonra Superliqaya çıxmaq istədiklərini bildirib.

 

Qeyd edək ki, Yusuf Şimşəkin gedişindən sonra boş qalmış postu ötən gün Ayhan Akman gətirilib. “Karşıyaka” onunla 1.5 illik müqavilə imzalayıb. Ayhanın köməkçiləri Ərcan Kılıç, Rəcəp Asıl, Nezihi Baloğlu ve Tolqa Sayındı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar