"Qalatasaray"ın baş məşqçisi videosunu yayan şəxsə ağır cəza istədi
23 yanvar 2015 18:03 (UTC +04:00)

"Qalatasaray"ın baş məşqçisi videosunu yayan şəxsə ağır cəza istədi

0

“Qalatasaray”ın kişi basketbol komandasının baş məşqçisi Ərgin Ataman bir müddət əvvəl klubun məsləhətçisi Şeyda Coşqunla oteldəki görüşünün görüntülərini mətbuata sızdıran təhlükəsizlik idarəsinin rəisini məhkəməyə verib. Lent.az-ın yerli mətbuata istinadən məlumatına görə, Ərgin Ataman şəxsi həyatının mətbuata sızdırmalısına görə məhkəməyə verdiyi Əli Hüseyn Çataldaşa 5 il müddətinə həbs cəzasının verilməsini tələb edir.

 

Qeyd edək ki, məlum görüntülər 2013-cü il aprelin 1-də mətbuatda ictimailəşib. Ə.Ataman həmin vaxt komanda ilə birgə təlim məşq toplantısında olub və görüntülərinin mediada yayılmasından gec xəbər tutub. 

 

Hadisədən sonra Əli Hüseyn Çataldaş işlədiyi oteldən xaric edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar