Son Türkiyə çempionu "Qalatasaray” “Real Madrid” klubu ilə yoldaşlıq oyunu keçirəcək. Lent.az-ın Türkiyə KİV-inə istinadən məlumatına görə, sarı-qırmızılar avqustun 18-də "Santiago Bernabeu Kuboku" çərçivəsində “Real Madrid”lə qarşılaşacaq.
Qeyd edək ki, “Qalatasaray” sonuncu dəfə 2011-2012-ci sezonunda “Real Madrid”lə yoldaşlıq oyunu keçirib. Həmin qarşılaşma Madrid təmsilçisinin 2-1 hesabı ilə qalibiyyəti ilə baş çatıb.