"Qalatasaray" 3 aydır Sneyderin maaşını vermir
10 oktyabr 2014 17:36 (UTC +04:00)

"Qalatasaray" 3 aydır Sneyderin maaşını vermir

 

 

“Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyder 3 aydır ki, maaşını ala bilmir. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul klubu 30 yaşlı yarımmüdafiəçiyə təxminən 1 milyon avro pul verəsidir. “Qalatasaray”ın ona borclu olduğunu Sneyderin özü də təsdiqləyib.

 

Əgər türklər futbolçunun borcunu verməsələr, hollandiyalı FİFA-ya müraciət edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar