"Neftçi"nin yeni baş məşqçisi Samir Əliyevi təriflədi
15 noyabr 2015 17:48 (UTC +04:00)

"Neftçi"nin yeni baş məşqçisi Samir Əliyevi təriflədi

0

“Samir Əliyev həm idmançı, həm də insani keyfiyyətləri ilə hər zaman seçilib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Müşahidə Şurasının üzvü Əsgər Abdullayev deyib.

 

Baş məşqçi Samir Əliyevin istefasından sonra vakant posta təyin olunan Abdullayev fikirlərini bölüşüb: “Səmimi deyirəm ki, onun xətrini övladım qədər istəyirəm. Rəhbərliyim altında oynayan vaxtlarında da Samir nümunəvi futbolçu olub. Mən Samirə məşqçilik təhsilində uğurlar arzulayıram. İstəyim odur ki, “Pro” kateqoriyasına yiyələnsin və yenidən “Neftçi”də onu baş məşqçi görüm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar