"Neftçi"nin və Azərbaycan yığma komandasının futbolçusu Ruslan Qurbanov Xorvatiya "Hayduk”u ilə müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, Xorvatiya təmsilçisi Bakı klubuna ünvanladığı rəsmi müraciətdə Qurbanovun xidmətində maraqlı olduğunu bildirib.
İki komanda arasında danışıqlar müsbət nəticələnib və əldə olunmuş razılığa əsasən gənc hücumçu mövsümün sonuna kimi icarə əsasında "Hayduk”un formasını geyinəcək.