Bu gün “Neftçi” Avropada növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun qalibi Avropa Liqasının qrup mərhələsinə çıxmaq üçün son matçına çıxıb.
Serbiyanın “Partizan” klubu ilə Bakıdakı cavab oyunu paytaxt təmsilçisinin taleyinə aydınlıq gətirib. Avropada yoluna davam etmək, tarixində ikinci dəfə qrupda çıxış etmək üçün “Neftçi” qalib gəlməli idi. Amma komandamız öz meydanında 2:1 hesabı ilə məğlub olaraq, qrup mərhələsinin qapısından geri dönüb.
Qeyd edək ki, bu oyun "Neftçi"nın avrokuboklarda yubiley - 50-ci oyunu olub.