"Neftçi" - "Qarabağ" oyununun vaxtı açıqlandı
11 aprel 2016 13:38 (UTC +04:00)

"Neftçi" - "Qarabağ" oyununun vaxtı açıqlandı

Topaz Premyer Liqasında XXX turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turun mərkəzi görüşü mükafatlar uğrunda mübarizə aparan “Kəpəz”lə “İnter” arasında olacaq. Bu matç aprelin 16-da, saat 13:30-da başlayacaq.

 

Həmin gün saat 16:00-da isə Premyer Liqanın daimi sakinləri – “Neftçi” ilə “Qarabağ” görüşəcək.

 

XXX tur

15 aprel (cümə)

 

16:00. “Qəbələ” – “Rəvan”

Qəbələ şəhər stadionu

 

16 aprel (şənbə)

 

13:30. “Kəpəz” – “İnter”

Gəncə şəhər stadionu

 

16:00. “Neftçi” – “Qarabağ”

8-ci km qəsəbə stadionu

 

17 aprel (bazar)

 

16:30. “Zirə” – “Xəzər Lənkəran”

Zirə İdman Kompleksinin stadionu

 

19:00. AZAL – “Sumqayıt”

“AZAL Arena”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

ApaSport TV

Oxşar yazılar