“Neftçi” Azərbaycan çempionatları tarixində 7-ci dəfə böyük hesabla məğlub olub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXXIII turunda ölkənin ən titullu klubunun qapısından 4 cavabsız top keçirən “İnter” 7-ci darmadağını rəsmiləşdirib.
“Araz-Naxçıvan”la cari mövsümün nəticəsi (0:3) ləğv olunan qarşılaşması nəzərə alınmasa, paytaxt klubu 5 dəfə 3, 2 dəfə 4 top fərqi ilə yenilib.
“İnter”ə qədər yalnız “Bakı” “ağ-qaralar”dan 4 top üstün olmuşdu. 2757 gün əvvəl “zolaqlılar” 5:1 hesabı ilə qalib gəlmişdi.
Ümumilikdə isə “Qarabağ”la “Bakı” hərəyə 2, “İnter”, “Qəbələ” və “Xəzər” isə 1 dəfə “Neftçi”ni böyük hesabla məğlub edib.
“Neftçi”nin Azərbaycan çempionlarındakı böyük hesablı məğlubiyyətləri
03.07.1992 “Xəzər” (Sumqayıt) – “Neftçi” (Bakı) - 3:0
20.10.2007 “Bakı” – “Neftçi” (Bakı) - 5:1
13.05.2011 “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) - 3:0
11.03.2012 “Qəbələ” – “Neftçi” (Bakı) - 4:1
31.08.2013 “Bakı” – “Neftçi” (Bakı) - 3:0
28.02.2014 “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) - 1:4
08.05.2014 “İnter” (bakı) – “Neftçi” (Bakı) – 4:0