"Mançester Yunayted" ciddi itki ilə üzləşib. Lent.az-ın Xarici KİV-lərə istinadən məlumatına görə, hücumçu Robin van Persi zədələnərək sıradan çıxıb. Premyer Liqanın XXVI turunun "Suonsi"yə qarşı səfər matçında (2:1) xəsarət alan hollandiyalı tibbi müayinədən keçib. Məlum olub ki, 32 yaşlı oyunçu ən azı 1 ay komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Robin van Persi bu mövsümdə İngiltərə Premyer Liqasında 10 qol vurub