İtaliya millisinin və "Yuventus"un futbolçsu Andrea Pirlo karyerasını İngiltərədə davam etdirə bilər. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli yarımmüdafiəçi ilə “Liverpul” yaxından maraqlanır.
Mövsümün sonunda Stiven Cerrardla yolları ayıracaq “Liverpul” onun yerini “maestro” ləqəbli futbolçu ilə doldurmaq istəyir.
Qeyd edək ki, 36 yaşlı Pirlo ABŞ klublarının da maraq dairəsindədir.