İddiaçılar Turnirində dramatik sonluq! – YENİLƏNİB - FOTO
02 aprel 2013 00:43 (UTC +04:00)

İddiaçılar Turnirində dramatik sonluq! – YENİLƏNİB - FOTO

 Londonda keçirilən İddiaçılar Turniri sürpriz sonluqla yadda qalıb. Lent.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, turnirin qalibi son turun axırıncı matçı da yekunlaşdıqdan sonra müəyyənləşib.


Norveçli qrossmeyster Maqnus Karlsen keçmiş SSRİ məkanında dünyaya gəlmiş 7 rəqibini üstələyərək, 1-ci yeri tutub. Düzdür, cəmi 23 yaşı olan Karlsen son turu məğlubiyyətlə başa vurub. O, ağ fiqurlarla oynamasına baxmayaraq, rusiyalı Peter Svidlerə 48-ci gedişdən sonra təslim olub. Bundan sonra bütün diqqətlər qalib adına daha bir iddialı şahmatçı, rusiyalı Vladimir Kramniklə ukraynalı Vasili İvançuk arasındakı görüşə yönəlib. Bu görüşdə qara fiqurlarla oynayan Kramnikə heç-heçə də kifayət edirdi. Lakin 47-ci gedişdə o da “ağ bayraq” qaldırıb. Beləliklə, bu nəticələrdən sonra həm Karlsen, həm də Kramnik 8,5 xalla ilk 2 pillədə qalıblar. Lakin norveçli qrossmeysterin 5, rusiyalının isə 4 qələbəsi olduğundan, birinci yeri məhz gənc şahmatçı tutub. Karlsen dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək.

Azərbaycan təmsilçisi Teymur Rəcəbov isə sonuncu olub. 26 yaşlı qrossmeysterimiz axırıncı turda qara fiqurlarla ermənistanlı Levon Aronyana uduzub. O, 35-ci gedişdə təslim olub. Bununla da keçirdiyi 14 matçdan yarısını məğlubiyyətlə başa vuran Rəcəbov cəmi 1 qələbə, 6 heç-heçə əldə edib və 4 xalla sonuncu olub.

İddiaçılar Turnirinin əvvəlki finalçısı, israilli Boris Gelfandın rusiyalı Aleksandr Qrişukla görüşündə isə 27-ci gedişdən sonra heç-heçə qeydə alınıb.

Turnirin yekunu: 1. Karlsen, 2. Kramnik – hərəyə 8,5 xal; 3. Svidler, 4. Aronyan – hərəyə 8; 5. Gelfand, 6. Qrişuk – hərəyə 6,5; 7. İvançuk – 6; 8. Rəcəbov – 4.

***

23.15

Artıq İddiaçılar Turnirinin qalibi müəyyənləşib. Lent.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, bu, norveçli qrossmeyster Maqnus Karlsendir. Cəmi 23 yaşa malik Karlsen son turda uduzsa da, onunla eyni xala malik rusiyalı Vladimir Kramnik də məğlubiyyətdən yaxa qurtara bilməyib. Nəticədə Karlsen qələbə sayında birinci olub. O, dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək.

***

23.06

İddiaçılar Turnirinin lideri Maqnus Karlsen şok məğlubiyyətlə üzləşib 0:1. Lent.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, norveçli şahmatçı ağ fiqurlarla rusiyalı Peter Svidlerə uduzub. 48-ci gedişdən sonra Karlsen təslim olub. Bununla da gənc şahmatçı turnirin qalibi olma şanslarını təhlükə altında qoyub. İndi hər şey ukraynalı Vasili İvançukla rusiyalı Vladimir Kramnik arasındakı görüşün nəticəsindən asılı olacaq. Kramnik ən azı heç-heçəyə nail olsa, yarışı qalib kimi başa vuracaq.

Qeyd edək ki, son turun daha bir qarşılaşmasında israilli Boris Gelfand rusiyalı Aleksandr Qrişukla xalları yarı bölüb – 0,5:0,5.

# 1183
avatar

Oxşar yazılar

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49