<b>"İnter" rəsmisi:</b> "Şpiçiç ən azı 1 ay oynamayacaq"
13 oktyabr 2014 16:40 (UTC +04:00)

"İnter" rəsmisi: "Şpiçiç ən azı 1 ay oynamayacaq"

Azərbaycan Premyer Liqasının 8-ci turunda “Simurq”u qəbul edəcək “İnter” hazırlığını davam etdirir. Komanda hər gün “İnter Arena”da toplaşaraq, məşq edir. Klubun mətbuat katibi Səbuhi Məmmədovun Lent.az-a verdiyi məlumata görə, zədəli Matiya Şpiçiçdən savayı, bütün futbolçular məşqdə iştirak edirlər: “Şpiçiç Gürcüstan toplanışında zədələndiyi üçün hazırda vətənində müalicə alır. Onun Bakıya nə vaxt gələcəyi hələ bilinmir. Həkimlər Şpiçiçin ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağını deyirlər. Digər futbolçular isə məşqlərdə var gücləri ilə iştirak edirlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar