"Heydər zivəsi"nə yürüş etmək istəyənlərin nəzərinə
03 aprel 2014 11:17 (UTC +04:00)

"Heydər zivəsi"nə yürüş etmək istəyənlərin nəzərinə

Mayın 3-11-də Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüşlə bağlı təşkilati məsələləri həyata keçirmək, düşərgə salmaq, yürüş marşrutunu müəyyənləşdirmək, müvafiq əraziləri və yürüş iştirakçılarını təchiz etmək, çətin relyef və iqlim şəraitinə malik olan ərazilərdə insanların təhlükəsizliyini təmin etmək və riskləri minimuma endirmək, o cümlədən yürüşlərin mütəşəkkilliyini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə Təşkilat Komitəsi yaradılıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Komitə üzvlərinin fəaliyyət istiqamətləri üzrə konkret vəzifələr müəyyənləşdirilib və bu istiqamətdə tədbirlərin görülməsinə start verilib.

 

Komitənin aktiv fəaliyyətinin təmin olunması üçün Xüsusi Qərargahın formalaşdırılması qərara alınıb. Qərargaha rəhbərlik Şahdağ Milli Parkının direktoruna həvalə olunub və Qərargahın üzərinə öhdəliklər qoyulub. Öhdəliklərə görə, Qərargah müraciətlərlə bağlı icazə prosedurunu ən qısa müddət ərzində tamamlamalı, marşrutları müəyyən etməli, yürüş iştirakçılarının Milli Parkda yüksək səviyyədə qəbulunu, yerləşdirilməsini və qrafik üzrə zirvəyə qalxaraq memorialı ziyarətini tənzimləməlidir. Düşərgənin qurulmasında, idman avadanlıqlarının təchizində isə ayrı-ayrı təşkilatlar və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Qərargaha dəstək verir.

 

Qeyd edək ki, ETSN-in əmri ilə 3-11 may tarixlərində Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə gedən müvafiq marşrut üzrə təşkil olunacaq kütləvi yürüşün iştirakçıları birdəfəlik giriş haqqından azad edilib.

 

Yürüşdə iştirak etmək arzusunda olan bütün iştirakçılar, eyni zamanda hüquqi şəxslər mayın 1-dək Qərargaha müraciət etməlidirlər. Sənədlər yürüş üçün müraciət olunan tarixdən ən geci 10 gün əvvəl təqdim olunmalıdır. Yürüşlə bağlı bütün məlumatları isə onlayn və ya alternativ vasitələrin köməyi ilə Qərargahın Məlumat Xidmətindən almaq mümkündür (Qərərgahın ünvanı: Şabran rayonu Şahdağ Milli Parkının Baş Ofisi,  tel: (+994)-23-353-66-63, (+994)-55-243-60-30, fax: (+994)-23-353-66-63, e-mail: [email protected], Skype: heyderzirvesi2014, Facebook: heyderzirvesi və ya https://www.facebook.com/shahdaq.millipark).

 

Qanunvericiliklə nəzərdə tutulan sənədləri vaxtında təqdim etməyən şəxslərə Milli Park ərazisinə giriş üçün icazə verilməyəcək.

 

Xatırladaq ki, bu ənənənin tarixi 1998-ci ildən başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948
avatar

Oxşar yazılar