<span style="color:red;">Məşhur futbolçu:  "Həkimlər dedi ki, yenidən içsən, öləcəksən"
25 noyabr 2014 12:23 (UTC +04:00)

Məşhur futbolçu: "Həkimlər dedi ki, yenidən içsən, öləcəksən"

Əfsanəvi futbolçu Pol Qaskoyn yenidən spirtli içki qəbuluna başlayıb. Lent.az-ın məlumatına görə, həkim alkoqolizmdən əziyyət çəkən İngiltərə yığmasının keçmiş üzvünə içkini qadağan etsə də, o, iradəsinə güc gələ bilmir. Xatırladaq ki, Qaskoyn 2 ay öncə müalicə almaq üçün klinikaya yerləşdirilmişdi. Lakin klinikanı tərk etdikdən sonra yenidən köhnə vərdişinə qayıdıb. Bununla bağlı açıqlama verən Qaskoyn həyatını riskə atdığını anladığını deyib: “Bilirəm ki, sağlamlığımla risk edirəm. Həkimlər mənə dedilər ki, yenidən içsən, öləcəksən. Buna baxmayaraq, yenə içkiyə başladım. Məni ancaq özüm xilas edə bilərəm”.

Qeyd edək ki, 1988-98-ci illər ərzində İngiltərə yığmasının formasını geyinən Qaskoyn millidə 57 oyun keçirib və 10 qol vurub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777
avatar

Oxşar yazılar