"Fənərbaxça"nın futbolçusu həyat yoldaşından boşanır
14 yanvar 2016 12:37 (UTC +04:00)

"Fənərbaxça"nın futbolçusu həyat yoldaşından boşanır

 

“Fənərbaxça” və Türkiyə millisinin şərəfini qoruyan Caner Erkin həyat yoldaşından boşanır.

 

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, futbolçu 6 illlik həyat yoldaşı Asena Erkindən boşanmaq üçün vəkili vasitəsilə məhkəməyə müraciət edib.

 

Caner Erkin boşanmasına səbəb kimi Asena ilə münasibətlərinin çox pis olmasını və gün-gündən daha da pisləşdiyini bildirib.

 

Cütlüyün birgə nikahdan Çinar adlı oğlu var.

 

Qeyd edək ki, Türkiyə mətbuatında Asena Erkinin Caner Erkinlə evli olduğu müddətdə başqa şəxslə görüşdüyünə dair fotolar yayılıb.  Onlar 6 ildir evlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Səlcuq Elçin

Oxşar yazılar