Türkiyə Super Liqasının son turundu “Fənərbaxça” öz doğma meydanında “Aksihar Bələdiyəspor”a 1-2 hesabı ilə uduzub. Lent.az-ın fanatik.com.tr-yə istinadən məlumatına görə, oyundan sonra soyunub-geyinmə otağında gərginlik yaşanıb. Belə ki, cəzalı olduğu üçün ilk 18-də yer almayan komandanın əsas qapıçısı Volkan Dəmirəl otağa gələrək “Vurmuyana vurarlar” deyib. Komanda yoldaşları Volkanın bu sözlərinə qəzəblənib. Bunu görən təcrübəli qapıçı geri addım atıb. O, dediyi sözü başqa mənada başa düşüldüyünü, qol epizodlarını qaçırdıqlarını deyib. Volkan deyib ki, qapıçı Mərt Günokun edə biləcəyi bir şey olmadığı başa düşür və məğlubiyyəti tezliklə unutmaq lazımdır.
"Fənərbaxça"lı futbolçular Volkan Dəmirələ qəzəbləndilər
90