Ötən gün Türkiyə superliqasında 21-ci turun oyunları keçirilib. Lent.az-ın məlumatına görə, turun sonuncu oyun günündə "Fənərbaxça" "Akhisar"la qarşılaşıb. Son çempion matçın son dəqiqələrində qapısından top buraxaraq məğlub olub. Qarşılaşma 1:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Fənərbaxça" 34 oyun idi ki, öz meydanında məğlub olurdu. İstanbul təmsilçisinin uduzduğu Akhisar klubunun baş məşqçisi isə "Fənərbaxça"nın keçmiş futbolçusu Roberto Karlosdur.