"Qarabağ"ın hücumçusu milliyə çağırıldı
20 sentyabr 2017 16:56 (UTC +04:00)

"Qarabağ"ın hücumçusu milliyə çağırıldı

0

“Qarabağ”ın hücumçusu Dino Ndlovu uzun fasilədən sonra CAR yığmasına çağırılıb. Apasport.az saytı xəbər verir ki, 27 yaşlı futbolçu Ağdam klubundakı oyunu ilə millinin baş məşqçisi Stüart Baksterin diqqətini cəlb edə bilib.

 

“Bafana Bafana”nın çalışdırıcısı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Burkina Faso ilə keçirəcəkləri oyunda Ndlovunun da xidmətindən yararlanmaq niyyətindədi. Bu səbəbdən o, ötən ildən “Qarabağ”ın formasını geyinən forvardın adını 25 nəfərlik siyahıya daxil edib.

 

CAR millisi Burkina Faso ilə oktyabrın 7-də Yohannesburqda qarşılaşacaq.

 

Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar