İspaniya La Liqasının 12-ci turunda keçiriləcək "Real" (Madrid) - "Barselona" matçının başlama saatı müəyyənləşib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "El-Klassiko" noyabrın 21-i yerli vaxtla 18:15-də (Bakı vaxtı ilə 22:15-də) başlayacaq.
Qeyd edək ki, "Barselona"nın zədəli futbolçusu Lionel Messinin sözügedən qarşılaşmaya kimi sağalacağı gözlənilir.