"Dnepr"in 6 xalı silindi
26 oktyabr 2016 19:56 (UTC +04:00)

"Dnepr"in 6 xalı silindi

Ukraynanın “Dnepr” klubu ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, FİFA İntizam Komitəsi Dnepropetrovski təmsilçisinin daxili çempionatda 6 xalını silib.

 

Buna səbəb isə komandanın keçmiş baş məşqçi Xuande Ramosa olan təzminat borcunu ödəməməsidi. 2015-ci ilin iyun ayından bəri davam edən araşdırma nəhayət yekunlaşıb. 

 

Bu qərardan sonra Ukrayna Premyer Liqasında 10 oyundan sonra 10 xal toplaya bilmiş “Dnepr”in xalı 4-ə düşüb və klub 12 komanda arasında 11-ci yerə geriləyib.

 

Qeyd edək ki, UEFA Avropa Liqasının 2014/15 mövsümündə təmsilçimiz “Qarabağ”la eyni qrupda mübarizə aparmış ukraynalılar finala qədər irəliləmiş, yalnız həlledici oyunda “Sevilya”ya uduzmuşdu (2:3).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

ApaSport TV

Oxşar yazılar