"Dənizlispor" Rail Məlikovla bağlı qərarını verib. "Dənizlispor" qış transferi pəncərəsində millimizin sabiq üzvü Rail Məlikovla yolları ayırmağa qərar verib.
Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, bu barədə klubun baş məşqçisi Özcan Bizati məlumat verib. Bildirib ki, R.Məlikovun intizamsız hərəkətləri səbəbindən onunla müqavilə ləğv ediləcək: "Karşıyaka”ya qarşı matçda Raili əsas heyətdə oynatmağı planlaşdırırdım. Ancaq onu məşq zamanı həvəssiz gördüyüm üçün xəbərdarlıq etdim. Mənə oynamaq istəmədiyini söylədiyi zaman isə şoka düşdüm. Rail səbəbsiz yerə 6 məşqdə iştirak etməyib. Bizim üçün Məlikov dəftəri artıq bağlanıb”.
Xatırladaq ki, R.Məlikov bundan əvvəl komandanın düşərgəsinə iki gün gec qoşulduğu üçün əvəzedici komandaya göndərilmişdi.